Bank Of Baku

Zakir Qaralov Avropa Şurası ölkələri baş prokurorlarının konfransında iştirak edir

Zakir Qaralov Avropa Şurası ölkələri baş prokurorlarının konfransında iştirak edir
# 02 iyul 2008 14:49 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın baş prokuroru Zakir Qaralov Avropa Şurası ölkələri baş prokurorlarının Sankt-Peterburqda keçirilən konfransında iştirak edir. Bu barədə APA-ya Respublika Prokurorluğundan məlumat verilib. Bu gün başlayan konfransda prokurorların insan haqlarının müdafiəsində rolu müzakirə olunur. Avropa Şurası və Rusiya Baş Prokurorluğu tərəfindən təşkil olunan konfransda baş prokurorlarla yanaşı, Avropa İnsan Haqları Məhkəməsinin və digər beynəlxalq təşkilatların nümayəndələri də iştirak edir. Konfransı açan Rusiyanın baş prokuroru Yuri Çayka bildirib ki, hər ölkədə insan haqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Tədbirdə iştirak edən Avropa Şurasının baş katibi Terri Devis isə deyib ki, AŞ-nin cinayət hüququ sahəsində konvensiyaları müasirləşdirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR