Bank Of Baku

“Parlament informasiya və araşdırma xidmətləri” mövzusunda dəyirmi masa keçirilib

“Parlament informasiya və araşdırma xidmətləri” mövzusunda dəyirmi masa keçirilib
# 02 iyul 2008 15:43 (UTC +04:00)
Bakı. Turan Hüseynova-APA. Bu gün Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı və Milli Məclis Aparatı əməkdaşlarının iştirakı ilə “Parlament informasiya və araşdırma xidmətləri” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masa ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan Parlament Proqramının təşəbbüsü ilə keçirilib. Tədbirin əsas məqsədi Milli Məclisin informasiya və araşdırmalar sahəsində ehtiyaclarını öyrənmək, Aparat daxilində informasiya və araşdırmalar sahəsi üzrə güclü institusional imkanlar yaratmaq üçün qəbul edilə biləcək qərarlar ətrafında açıq müzakirə aparmaqdan ibarətdir. Tədbirdə çıxış edən Milli Məclisinin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə dövlət büdcəsi ilə bağlı Milli Məclisdə analitika-tədqiqatlar bölməsinin yaradılmasının zərurətini vurğulayıb. Milli Məclis Aparatının şöbə müdirləri Nizami Səfərov və Lətif Hüseynov qanunvericiliyin daha da təkmilləşdirilməsi məqsədi ilə sistematik şəkildə geniş müqayisəli tədqiqatlara ehtiyac olduğunu bildiriblər. Tədbirdə USAİD-nin Azərbaycan Parlament Proqramının nümayəndələri, İsrail səfirliyinin əməkdaşı çıxış edərək fikir və təkliflərini söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR