Bank Of Baku

Rusiya prezidentinin köməkçisi: “Dmitri Medvedevlə İlham Əliyevin görüşündə İran məsələsi də gündəmə gələ bilər”

Rusiya prezidentinin köməkçisi: “Dmitri Medvedevlə İlham Əliyevin görüşündə İran məsələsi də gündəmə gələ bilər”
# 02 iyul 2008 16:04 (UTC +04:00)
APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Sergey Prixodko deyib. S. Prixodko bildirib ki, bu məsələnin müzakirəsi Xəzəryanı ölkələrin dövlət başçılarının cari ildə Bakıda keçiriləcək 3-cü sammitinə hazırlıq kontekstində aparılacaq: “Sammitin konkret vaxtı hələ müəyyənləşdirilməsə də, artıq hazırlıq işləri gedir. Hər hansı tələskənliyə ehtiyac yoxdur. Bizim üçün əsas məsələ toplantının vaxtı yox, dövlət rəhbərlərinin görüşünün məzmunlu alınmasıdır”. S. Prixodko D. Medvedevlə İ. Əliyevin görüşündə İran probleminə toxunulacağını istisna etməyib və bu ölkədə çoxsaylı Azərbaycan diasporunun olduğunu xatırladıb: “Azərbaycan prezidentinin bu məsələyə baxışı bizim üçün maraqlıdır”. Köməkçinin sözlərinə görə, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də fikir mübadiləsi aparacaqlar. O, Rusiyanın həm ATƏT-in Minsk Qrupu, həm də digər formatlar daxilində kompromis həll variantının axtarışına fəal dəstək verməyə hazır olduğunu bəyan edib: “Moskvanın prinsipial mövqeyi dəyişməzdir. Biz hesab edirik ki, problemin yekun həll formulunu azərbaycanlılar və ermənilər özləri seçməlidir”. S. Prixodko bildirib ki, Rusiya kompromis razılaşmaların təminatçısı kimi çıxış edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR