Bank Of Baku

Ermənilər növbəti dəfə atəşkəsi pozublar

Ermənilər növbəti dəfə atəşkəsi pozublar
# 03 iyul 2008 08:24 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 2-də saat 16.30-dan 16.40-dək və saat 17.45-dən 17.55-dək Ermənistanın Berd rayonunun Çinarlı və Noyenberyan rayonunun Vazaşen kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ermənilər dünən saat 16.25-dən 16.45-dək isə Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərindən, iyulun 3-də saat 01.35-dən 01.55-dək və saat 05.40-dan 06.00-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdən və Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutublar. Ermənistan Silahlı Qüvvələri həmçinin saat 02.49-dan 02.55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR