Bank Of Baku

AŞ PA prezidenti Luis Maria de Puç Qubada aşkarlanan kütləvi məzarlığa baş çəkib

AŞ PA prezidenti Luis Maria de Puç Qubada aşkarlanan kütləvi məzarlığa baş çəkib
# 03 iyul 2008 08:25 (UTC +04:00)
Quba. Solmaz Mehdiyeva-APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Maria de Puç şimal bölgəsində səfərdədir. APA-nın Şimal bürosunun məlumatına görə, AŞ PA prezidentini səfərdə Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti müşayiət edir. Luis Maria de Puç ilk öncə Qubanın “Qırmızı qəsəbə” yaşayış məntəqəsində fəaliyyət göstərən sinaqoqa baş çəkib, qəsəbədə yaşayan yəhudi icmasının üzvləri ilə görüşüb. Daha sonra qonaq Qubada ermənilərin əsrin əvvəllərində vəhşiliklə qətlə yetirdikləri insanların basdırıldığı kütləvi məzarlığa baş çəkib. Burada AŞ PA prezidentinə azərbaycanlılara qarşı törədilən soyqırımı barədə məlumat verilib, məzarlıqdan çıxarılan cəsədlərin nümunələri göstərilib. Luis Maria de Puçun Şimal bölgəsinə səfəri davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR