Bank Of Baku

Əli Əhmədov ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbərini qəbul edib

Əli Əhmədov ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbərini qəbul edib
# 03 iyul 2008 10:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Bakı ofisinin rəhbəri Ceyk Consu qəbul edib. YAP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə BRİ ilə YAP arasında əməkdaşlığa dair bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. C. Cons təmsil etdiyi qurumun YAP-la qarşılıqlı əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Ə. Əhmədov isə BRİ-nin YAP-la birgə həyata keçirdiyi layihələrin partiya işinin daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığını söyləyib və təşkilatlar arasında əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əmin olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR