Bank Of Baku

Elnur Aslanov: “ Həbsdə olanlar jurnalist fəaliyyətlərinə görə deyil, törətdikləri cinayət əməllərinə görə həbsdədirlər”

Elnur Aslanov: “ Həbsdə olanlar jurnalist fəaliyyətlərinə görə deyil, törətdikləri cinayət əməllərinə görə həbsdədirlər”
# 03 iyul 2008 10:13 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Azərbaycan seçkilərin tam şəffaf, açıq və demokratik keçəcəyini dəfələrlə bəyan edib və bunun üçün tam hazırlıqlar gedir”. Bunu APA-ya açıqlamasında Prezidentin İcra Aparatının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov AŞ PA prezidentinin Azərbaycanda həbsdə olan 3 jurnalistin seçkilərə qədər azad edilməyəcəyi təqdirdə qurumun siyasi məhbus məsələləri üzrə xüsusi məruzəçisinin təyin olunmasının reallığı ilə bağlı söylədiklərinə münasibət bildirərək deyib. E. Aslanov qeyd edib ki, Azərbaycan dəfələrlə bəyan edib ki, ölkədə prezident seçkiləri demokratik normalara əsaslanaraq keçiriləcək, bunun üçün lazım olan şərait də yaradılıb: “ Jurnalistlərin məsələsinə gəldikdə, onlar cinayət məsuliyyətinə cəlb ediliblər və bu məsələyə Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun baxılıb. Onlar konkret olaraq törətdikləri cinayətə görə həbs ediliblər. Bunun bu şəxslərin jurnalist fəaliyyətin ilə heç bir əlaqəsi yoxdur. Bir neçə gün əvvəl mən Londonda idim, orda da mənə Azərbaycanda üç jurnalistin narkotik maddə daşıma, xuliqanlıq və terror maddələri ilə həbs olunduqlarını söylədilər. Mən də onlara adekvat bir sual verdim: “Məgər başqa ölkələrdə bu cinayətlərdə ittiham olunanlar həbs edilmirlər?” Azərbaycanda həbsdə olan insanlar jurnalist fəaliyyətlərinə görə deyil, bilavasitə törətdikləri cinayət əməllərinə görə həbsdədirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR