Bank Of Baku

Araz Əlizadə: “Ayaz Mütəllibovun prezidentliyə namizədliyinin irəli sürülməsi hələ müzakirə mövzusu deyil”

Araz Əlizadə: “Ayaz Mütəllibovun prezidentliyə namizədliyinin irəli sürülməsi hələ müzakirə mövzusu deyil”
# 03 iyul 2008 10:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) prezident seçkisi ilə bağlı mövqeyinə yaxın günlərdə aydınlıq gətirəcək. ASDP həmsədri Araz Əlizadə APA-ya bildirib ki, partiyanın Mərkəzi Komitəsinin yığıncağında seçkidə fəaliyyət istiqamətləri barədə qərar qəbul olunacaq: “Partiyanın həmsədri Ayaz Mütəllibovun prezidentliyə namizədliyinin irəli sürülməsi hələ müzakirə mövzusu deyil. Bu barədə hələlik heç nə deyə bilmərəm”. ASDP həmsədri seçki zamanı heç bir blokda təmsil olunmayacaqlarını də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR