Bank Of Baku

BRİ Bakı ofisinin direktoru ADP sədri ilə görüşüb

BRİ Bakı ofisinin direktoru ADP sədri ilə görüşüb
# 03 iyul 2008 12:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Bakı ofisinin direktoru Ceyk Cons ADP sədri Sərdar Cəlaloğlu ilə görüşüb. ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı ölkədəki ictimai-siyasi vəziyyət və seçkiqabağı situasiya ətrafında fikir mübadiləsi aparılıb. C. Cons seçki kampaniyası dövründə ADP ilə əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildirib. ADP sədri isə təmsil etdiyi partiyanın seçkilərə hazırlıq vəziyyəti, görülən işlər və qarşıda duran vəzifələr haqqında qarşı tərəfi məlumatlandırıb. S. Cəlaloğlu bildirib ki, seçki ilində ADP-nin BRİ ilə əməkdaşlığının partiya üçün səmərəli olacağına ümid edir. Görüşdə ADP funksionerləri və üzvləri üçün seçkilərlə bağlı treninq və seminarların keçirilməsi üçün razılıq da əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR