Bank Of Baku

Rusiya prezidenti Böyük Vətən Müharibəsində öldüyü güman edilən Azərbaycan vətəndaşına orden verib

Rusiya prezidenti Böyük Vətən Müharibəsində öldüyü güman edilən Azərbaycan vətəndaşına orden verib
# 03 iyul 2008 17:02 (UTC +04:00)
Bakı APA. Rusiya prezidenti Dmitri Medvedev Azərbaycan vətəndaşı Ağadadaş Səmədova II və III dərəcəli Şöhrət ordenlərini təqdim edib. APA-nın məlumatına görə, A. Səmədov bu ordenlərlə Böyük Vətən Müharibəsi dövründə təltif olunub, amma həlak olduğu güman edildiyi üçün ala bilməyib. 1942-ci ildə Ukrayna ərazisindəki Dubno yaşayış məntəqəsində gedən döyüşlərdə A. Səmədovun tərkibində olduğu rota geri çəkilsə də, azərbaycanlı əsgər əsas qüvvələr köməyə gələnə qədər müdafiə xəttində düşmənə təkbaşına müqavimət göstərib və buna görə III dərəcəli Şöhrət ordeni ilə təltif olunub. O, Visla-Oder əməliyyatında və Berlinin alınmasında da iştirak edib. Müharibədə göstərdiyi şücaətə görə 1945-ci ildə II dərəcəli Şöhrət ordeni ilə təltif olunub. 1945-ci ilin dekabrında vətənə qayıdan A. Səmədov 1980-ci ildə təqaüdə çıxana qədər aqronom işləyib. 84 yaşlı A. Səmədov 12 uşaq atasıdır və 44 nəvəsi, 36 nəticəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR