Bank Of Baku

Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub

Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub
# 04 iyul 2008 08:33 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. İyulun 3-də ABŞ-ın Müstəqillik Günü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib. APA-nın məlumatına görə, qəbulda çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi bildirib ki, Amerika xalqı müstəqilliyin elan olunmasından indiyə qədər azadlıq ideyaları ilə yaşayır: “Amerika kimi, Azərbaycan da azadlıq istiqamətində seçim edib və bu seçim Azərbaycan xalqının sülh, müstəqillik şəraitində inkişafını təmin edəcək”. Tədbirdə çıxış edən Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iştirakçıları Azərbaycan prezidenti adından təbrik edərək Amerika xalqına sülh və rifah arzulayıb. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini deyib. Z. Əsgərov 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın antiterror koalisiyasına qoşulan ilk ölkələrdən biri olduğunu xatırladıb. O, ümid etdiyini bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönəlmiş səyləri davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR