Bank Of Baku

Milli Məclisdə Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərin ünvanına sərt ittihamlar səsləndirilib

Milli Məclisdə Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərin ünvanına sərt ittihamlar səsləndirilib
# 04 iyul 2008 10:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərin ünvanına sərt ittihamlar səsləndirilib. APA-nın məlumatına görə, millət vəkili Jalə Əliyeva çox zaman səfirliklərin protokol qaydalarına riayət etmədiyini bildirib: “Bir neçə gün əvvəl ABŞ səfirliyinin tədbirində iştirak edirdim. Səfirliyin maşınları tədbir yerinin yaxınlığına buraxılsa da, Milli Məclis üzvünün maşını tədbir keçirilən yerə buraxılmır. Özünün demokratiyanın beşiyi sayan Amerika kimi dövlətin səfirliyi protokol qaydalarına riayət etmir”. Millət vəkili Qənirə Paşayeva isə Fransa səfirliyinin çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının üzvlərinə viza verməməsi məsələsinə aydınlıq gətirilməsini vacib sayıb. O, səfirin Milli Məclisə dəvət olunmasını təklif edib. Deputatların fikirlərinə münasibət bildirən spiker Oqtay Əsədov deputatların maşınlarının səfirliklərin tədbir keçirdiyi yerin yaxınlığına buraxılmamasını yolverilməz hal kimi dəyərləndirib: “Şəxsən mən bu hadisəni təhqir hesab edirəm. Bu kimi məsələni burada qaldırmaq əvəzinə səfirliklərin özünə şikayət etsəniz, daha yaxşı olar”. Millət vəkili Qənirə Paşayevanın qaldırdığı məsələyə toxunan Oqtay Əsədov yaxın zamanlarda Azərbaycanla xarici ölkələr arasında gediş-gəlişlə bağlı viza rejiminin sadələşdiriləcəyini bildirib: “Artıq bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyi ilə danışmışıq. Bu istiqamətdə ciddi işlər görülür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR