Bank Of Baku

Oqtay Əsədov: “Bəzi qüvvələr “Təhsil haqqında” qanunun hələ qəbul olunmamasını şişirdirlər”

Oqtay Əsədov: “Bəzi qüvvələr “Təhsil haqqında” qanunun hələ qəbul olunmamasını şişirdirlər”
# 04 iyul 2008 10:32 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri cari məsələlər ətrafında çıxış ediblər. APA-nın məlumatına görə, millət vəkili Pənah Hüseyn ölkədə üç jurnalistin həbsdə olduğunu, onların azadlığa buraxılmasının vacibliyini vurğulayıb. Millət vəkili İqbal Ağazadə isə çıxışında Şamaxıda taxıl yığımında problemlər yarandığını, bu problemlərin qarşısının alınması üçün təcili tədbirlər görülməsinə çağırıb. Millət vəkili Cəmil Həsənli isə “Təhsil qanunu”nun hələ də qəbul olunmamasından danışıb. Sonuncu məsələyə toxunan spiker Oqtay Əsədov bildirib ki, bəzi qüvvələr “Təhsil haqqında qanun”un bu günə kimi qəbul edilməməsini şişirdirlər: “Qanun ekspertizaya verilib, ekspertiza başa çatdıqdan sonra sənəd Milli Məclisin müzakirəsinə çıxarılacaq. Təhsil qanunu çərçivə qanunudur, buna görə də bu, son dərəcə mükəmməl sənəd olmalıdır”. Spiker həmçinin gələcəkdə “Yol hərəkəti qaydaları haqqında” qanuna dəyişikliklər edilməsinin vacibliyini vurğulayıb: “Əksər hallarda sürücülərin maşını idarə edərkən telefonla danışdığını görürəm. Məhz belə hallar nəticəsində yol qəzalarının sayı artır. Bu kimi hallara yol verməmək lazımdır. Bununla bağlı Daxili İşlər Nazirliyi ilə danışacağam, lazım gələrsə, “Yol hərəkəti qaydaları” haqqında dəyişiklik edə, maşın idarə edərkən telefonla danışan sürücülərə kəsilən cəzaları sərtləşdirə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR