Bank Of Baku

Azərbaycan Milli Məclisinin yaz və növbədənkənar sessiyası başa çatıb

Azərbaycan Milli Məclisinin yaz və növbədənkənar sessiyası başa çatıb
# 04 iyul 2008 11:21 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Milli Məclisinin yaz və növbədənkənar sessiyası başa çatıb. APA-nın məlumatına görə, bu gün keçirilən son iclasda bir neçə qanuna əlavə və dəyişikliklər müzakirə edilərək qəbul olunub. Millət vəkilləri əvvəlcə Azərbaycanla Qatar, Litva və Moldova arasında bir sıra sahələrdə əməkdaşlığa dair saziş layihələrini təsdiqləyiblər. Bundan sonra, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlara, o cümlədən Torpaq Məcəlləsinə əlavə və dəyişiklik edilməsi ilə bağlı məsələ müzakirə edilərək qəbul olunub. İclasda, həmçinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə və dəyişikliklər də təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR