Bank Of Baku

Sülhəddin Əkbər Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının Rəsul Quliyevə etiraz etməsinə münasibət bildirib

Sülhəddin Əkbər Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının Rəsul Quliyevə etiraz etməsinə münasibət bildirib
# 06 iyul 2012 12:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin fikirlərinə etiraz bildirməsi hərəkatla partiyamız arasında ciddi problemə səbəb olmayacaq”.

Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) qərarı partiyada müzakirə mövzusu olmayacaq: “Partiyamız nəinki hərəkatda qalmaq, birliyi gücləndirmək niyyətindəyik. Rəsul Quliyevin də bu barədə tövsiyələri var”.

S. Əkbər qeyd edib ki, ACP-nin siyasi xətti DCUMH-nı inkişaf etdirilməsi və genişləndirilməsidir: “Partiyamız hərəkatla birgə fəaliyyət planı hazırlayıb və payıza doğru bu proqramın icrasına başlanacaq”.

Qeyd edək ki, Rəsul Quliyev iyunun 27-də mətbuata verdiyi açıqlamada DCUMH-u xalqdan kənar və ümidləri doğrultmayan qurum adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR