Bank Of Baku

Ayaz Mütəllibov Azərbaycana qayıdıb

Ayaz Mütəllibov Azərbaycana qayıdıb
# 07 iyul 2012 21:03 (UTC +04:00)
Onu aeroportda qohumları və yaxınları, habelə ASDP sədri Araz Əlizadə qarşılayıblar. A. Əlizadə APA-ya deyib ki, A. Mütəllibov eks-prezident üçün ayrılmış mühafizəçilərin müşayiəti ilə Bilgəhdəki evinə gedib.

A. Əlizadə bildirib ki, eks-prezident bir neçə gün müddətində qohumları və yaxınlarının əhatəsində olacaq.

Qeyd edək ki, A. Mütəllibovun Vətənə dönüşü eks-prezident haqqında qanunun qəbul olunması nəticəsində mümkün olub. O, bir qədər əvvəl həmsədri olduğu ASDP-dən və bütövlükdə siyasətdən getdiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR