Bank Of Baku

Azərbaycan İslam Partiyası Baş Məclisinin iclası keçirilib

Azərbaycan İslam Partiyası Baş Məclisinin iclası keçirilib
# 09 iyul 2012 08:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan İslam Partiyasının (AİP) Baş Məclisinin iclası keçirilib.

AİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Məclisdə partiyanın sədr əvəzi Elçin Manafov, sədrin siyasi məsələlər üzrə müavini Akif Heydərli, sədrin birinci müavini İnqilab Əhədli, ictimai məsələlər üzrə sədr müavini Rövşən Əhmədli, Nəzarət Təftiş Komisiyasının sədri Fəyaz Nəbizadə, İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin sədri Natiq Kərimov, o cümlədən 29 rayon təşkilatının sədrləri iştirak ediblər.

Baş Məclisdə ölkədə ictimai-siyasi vəziyyət və beynəlxalq aləmdə baş verən hadisələr, ötən Baş Məclisin qərarlarından irəli gələn vəzifələr və onun icrası, həbs olunan islamçıların hüquqlarının müdafiə vəziyyəti, AİP rayon təşkilatlarında konfransların gedişi, qarşıda duran əsas vəzifələr və sair məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Toplantıda E.Manafov, A.Heydərli, İ.Əhədli, R.Əhmədli, N.Kərimli, F.Nəbizadə ayrı-ayrı məsələlərə dair geniş çıxış ediblər. Müzakirələrdə əsas diqqət partiyanın rayon şöbələrində təsis konfranslarının keçirilməsi və qarşıya çıxan bəzi çətinliklər diqqət mərkəzində saxlanlıb, qarşıdan gələn prezident seçkilərində partiyanın mövqeyinin müəyyənləşdirilməsi istiqamətində təkliflər irəli sürülməsi nəzərdə tutulub.

Toplantıda bəyanat da qəbul edilib. Bəyanatda həbsdə olan partiya üzvlərinin azadlığa buraxılması diqqətə çatdırılıb və bildirilib ki, partiya Qarabağ probleminin həllində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyini dəstəkləmir. Bəyantada münaqişənin çözülməsində Azərbaycan dövlətinin və xalqının iradəsinə söykənmək təklif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR