Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib

İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib
# 11 iyul 2012 15:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) iclası keçirilib. İP KŞ-dan APA-ya verilən məlumata görə, əvvəlcə iclasda qurumun təşkilatlanması ilə bağlı məsələ müzakirə edilib və qərara alınıb ki, sentyabra qədər qalan 9 bölgə üzrə regional şöbələrin yaradılması prosesi yekunlaşdırılsın.

Koordinasiya Şurasının üzvləri AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənovun saxlanması məsələsini də müzakirə edib. Onun saxlanılması pislənilib və azadlığa buraxılması tələb olunub.

Yığıncaqda həmçinin qeyd olunub ki, hakimiyyətin müxalifət-iqtidar dialoqunu gündəmə gətirməklə yanaşı, müxalifət partiyasının üzvünün tutulmasına rəvac verməsi kütləvi aksiyaların yenidən başlanmasına səbəb ola bilər. İclasda aksiyalara başlanmasına dair müzakirələr də aparılıb və mitinqlərin aktuallığı gündəmə gətirilib.

İP Koordinasiya Şurası qurumun sessiyasının iyulun 21-də keçirilməsinə qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR