Bank Of Baku

Hafiz Hacıyev Əli Kərimli ilə bağlı baş prokurora müraciət edib

Hafiz Hacıyev Əli Kərimli ilə bağlı baş prokurora müraciət edib
# 12 iyul 2012 13:35 (UTC +04:00)
MMP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, MMP sədri H. Hacıyev Baş Prokurora Əbülfəz Elçibəy Fondunun təsisçisi kimi, müraciət etməyi özünə borc bilib. Müraciətdə Ə. Kərimlinin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi yer alıb: “Sabiq prezident Əbülfəz Elçibəy 1999-cu ilin oktyabrında xəstə yatarkən mənim onu ziyarətim zamanı müəyyən adamların yanında (onların adlarını ərizəmlə bağlı aparılacaq araşdırma zamanı açıqlayacağam) mənə bildirib ki, onun vəzifəsini tutmağa can atan müavini Əli Kərimli iyunun 24-də ad günündə içkisinin içərisində ona zəhər verib. Sabiq prezidentin özünün dediyinə görə, həmin gündən sonra gündən-günə halı pisləşib. Bəyin bu dünyada olmaması və həmin sözləri ondan eşitmiş şəxslərin bəyin yoxluğu zamanı ortaya çıxa biləcək bu məsələyə necə yanaşacaqları illər boyu mənə rahatlıq verməyib. Prezident İlham Əliyevin eks-prezident haqqında qanunun qəbuluna dair çoxlarının gözləmədiyi humanist qərarından sonra Sizə müraciət edərək, AXCP sədri Əli Kərimlinin mərhum Əbülfəz Elçibəyi qəsdən zəhərləməsi faktı ilə bağlı Azərbaycan Respublikası CPM-nin 205-ci maddəsinə uyğun olaraq müvafiq araşdırma aparması üçün göstəriş verməyinizi xahiş edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR