Bank Of Baku

Arif Hacılı: “Çalışacağıq ki, partiyanın qurultayını bu ilin sentyabrında keçirməyə nail olaq”

Arif Hacılı: “Çalışacağıq ki, partiyanın qurultayını bu ilin sentyabrında keçirməyə nail olaq”
# 14 iyul 2012 08:08 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib. O bildirib ki, Müsavat Partiyası ilk növbədə qurultayın Bakıda keçirilməsini istəyir və bunda maraqlıdır: “Bununla bağlı Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində fikir yekdildir. Tiflisdə və ya başqa bir yerdə qurultayın keçirilməsi ilə əlaqədar müzakirələr, yalnız Bakıda qurultayın keçirilməsinə yer ayrılmadıqdan sonra başlayıb. Hesab edirəm ki, Bakıda qurultayın keçirilməsi üçün azı 800 nəfərin iştirak edə biləcəyi normal məkan ayrılsa, biz qurultayımızı həmin yerdə keçirəcəyik. Partiya başqanının müavini Tofiq Yaqublu isə “qurultayla bağlı hökumətə bir daha müraciət etməyəcəyik” fikrini artıq müraciət edildiyinə görə səsləndirib. Yəni artıq partiyanın bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciəti var və bu müraciət qüvvədədir”.

Qeyd edək ki, Müsavat Partiyası VII qurultayının keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerlərdən imtina edərək, öz qurultayını xaricdə keçirmək qərarına gəlib. Qurultayda partiyanın rayon təşkilatları da daxil olmaqla 800-ə yaxın üzvün iştirak edəcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR