Bank Of Baku

Ziyad Səmədzadə: “Ümumdünya Ticarət Təşkilatına 10 il qabaq daxil olsaydıq, bu gün problemlərlə üzləşəcəkdik”

Ziyad Səmədzadə: “Ümumdünya Ticarət Təşkilatına 10 il qabaq daxil olsaydıq, bu gün problemlərlə üzləşəcəkdik”
# 17 iyul 2012 10:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “Mən heç bir çıxışımda deməmişəm ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmağın əleyhinəyəm. Mən demişəm ki, biz ÜTT ilə danışıqlar aparırıq”. APA-nın məlumatına görə, bu barədə Milli Məclisdə keçirilən mətbuat konfransında parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Z. Səmədzadə danışıqlar prosesində mili maraqların nəzərə alınması istiqamətində işlərin aparıldığını qeyd edib: “Çalışmalıyıq ki, yerli istehsal qorunsun. Düşünürəm ki, Azərbaycan yaxın vaxtlarda bu quruma daxil olacaq. Bir çox ölkələr Ümumdünya Ticarət Təşkilatının üzvüdür. SSRİ dağılandan sonra bir sıra respublikalar tələsik bu quruma üzv qəbul olundu. Biz Ümumdünya Ticarət Təşkilatına 10 il qabaq daxil olsaydıq, bu gün problemlərlə üzləşəcəkdik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR