“AMİP-20: Təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçid” mövzusunda Dəyirmi Masa keçirilib - FOTO
Mövzu ilə əlaqədar məruzə edən AMİP Mərkəzi Şura sədri Rəşad Bayramov Azərbaycanın təkrarən dövlət müstəqilliyinə qovuşmasından sonra xalqın qarşısında mühüm, həm də olduqca çətin vəzifələr durduğunu bildirdi. “Bu vəzifələr verilən qurbanlar və gərgin mücadilələr hesabına qazanılmış müstəqilliyi qorumaq, erməni işğalçıları ilə ölüm-dirim müharibəsi aparmaq, dövlətçiliyi qoruyub saxlamaq, dağılmış və bərbad hala düşmüş iqtisadiyyatı bərpa etmək, ölkəni beynəlxalq subyekt kimi tanıtdırmaq, eləcə də, demokratik və hüquqi cəmiyyət qurmaq idi”. Bütün bu çətinliklərin öhdəsindən gəlmək üçün mütəşəkkil və vahid ideya, məqsəd uğrunda birləşəcək strukturların və taşkilatlanmış vahid siyasi qüvvənin olmadığını deyən məruzəçi bu şərtlər daxilində ölkədə bütün məsuliyyətin ağırlığını üzərinə götürə biləcək yeni bir siyasi qurumun yaradılması zamanın diqtəsi olduğunu bildirib.
“Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycanın istiqlalının bərpası ərəfəsində, 15 oktyabr 1991-ci ildə Dövlət televiziyasında partiyanın yaradılması barədə Təşkilat Komitəsinin Bəyannaməsi haqqında məlumat verilməsi və bir gün sonra “Millət” qəzetinin sınaq sayında bu bəyannamənin dərc olunması ilə siyasi səhnədə ilk addımlarını atdı. Bununla da Azərbaycanın cağdaş siyasi tarixində təkpatiyalı siyasi sistemdən çox partiyalı siyasi sistemə keçidin əsası qoyuldu. 3-4 iyul 1992-ci ildə isə AMİP-in Azərbaycan Milli Opera və Balet Teatrının binasında keçirilən 1-ci təsis Qurultayında Partiyanın Məramnamə və Nizamnaməsi, eləcə də 4 bəndən ibarət qətnamə qəbul edilib, Qurultay adından Azərbaycan xalqına müraciət ünvanlanıb, partiyanın strukturları formalaşdırılıb, Etibar Məmmədov sədr olmaqla partiyanın rəhbərliyi seçilib. AMİP 17 iyul 1992-ci ildə Ədliyyə Nazirliyi tərəfindən ilk rəsmi qeydiyyatdan keçən partiya kimi də müstəqil Azərbaycanın tarixə düşüb”.
Tədbirdə həmin dövrdə ədliyyə naziri olmuş İlyas İsmayılov, Ziyalılar Forumunun üzvü, AMİP Mərkəzi Şurasının sabiq sədri Firudin Cəlilov, professor Cəmil Həsənli, ACP sədri Sülhəddin Əkbər, Dünyəvi Bozqurdlar Partiyasının sədri Şakir Ulubəyli, Böyük Azərbaycan Partiyasının sədri, AMİP-in sabiq baş katibi Elşad Musayev, hüquq müdafiəçisi Səadət Bənənyarlı, ALP sədri Əvəz Temirxan, KXCP Ali Məclisinin sədri Bəybala Əbil, AXCP sədrinin müavini Həsən Kərimov, ACP sədrinin müavini Zəminə Dünyamalıyeva və başqaları çıxış edərək AMİP-in keçdiyi şərəfli yolla bağlı təbriklərini çatdırıblar.
Dəyirmi Masanın sonunda çıxış edən AMİP lideri Etibar Məmmədov tədbir iştirakçılarına minnətdarlığını bildirməklə yanaşı indi harda olmasından asılı olmayaraq AMİP-in yaranmasında və fəaliyyətində əməyi olmuş bütün şəxslərə təşəkkürünü bildirib.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər
Belarusda Rusiyadakı ukraynalıları geri qaytarmaq üçün yeni humanitar missiya keçirilib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiq edilib
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? - ƏTRAFLI
Qubada itkin düşən şəxsin axtarışları ilə bağlı Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb
Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib