Bank Of Baku

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında” əsasnamədə dəyişiklik edilib

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında” əsasnamədə dəyişiklik edilib
# 17 iyul 2012 19:12 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, Fərmana əsasən, “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 7.4-cü bəndi aşağıdakı redaksiyada verilib:
“Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın ali və оrta iхtisas təhsili müəssisələri üçün müəyyənləşdirdiyi tələbə qəbulu planını elan edir və onun əsasında sənəd qəbulunu təşkil edir”.
Azərbaycanın Nazirlər Kabinetinə üç ay müddətində
prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və dövlət başçısına təqdim etmək tapşırılıb. Nazirlər Kabineti həmçinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etməlidir. Eyni zamanda Nazirlər Kabinetinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat vermək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Azərbaycanın Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycanın Nazirlər Kabinetinə məlumat verməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR