Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirilib

Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirilib
# 20 iyul 2012 13:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün İctimai Palatada Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) fəaliyyəti və vəkil İntiqam Əliyevin Türkiyədə qarşılaşdığı problemlə bağlı dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal ölkədə məhkəmə-hüquq sahəsindəki vəziyyət, AİHM-in fəaliyyəti, bu istiqamətdə qarşıya çıxan problemlərə dair danışıb.

Vəkil İntiqam Əliyev isə Avropa Məhkəməsinin fəaliyyəti və problemlərə dair çıxış edib. Onun sözlərinə görə, bu məhkəmə instasniyasına ikili yanaşma var: “Bu məhkləmə instansiyasına normal instrument kimi baxılmalıdır. Əhəmiyyətini həddən artlq şişirtmək və kiçiltmək olmaz. İndiyə qədər Azərbaycanla bağlı 50-dən artıq işə baxılıb. Bu qərarların bəziləri kağız üzərində qalıb. Qərarların icrasına Avropa Şurasının Nazirlər Kabineti nəzarət etdiyindən müsbət addımların atılacağına ümid edirik”.

İ. Əliyev hökumətin AİHM-in Azərbaycanla bağlı qərarlara təsir etmək cəhdlərinin olduğunu da qeyd edib: “Lakin bu məhkəmə instansiyasında Azərbaycanla bağlı çoxlu sayda müraciətlər var ki, hələ baxılmayıb. Bundan narahatıq”.

İ. Əliyev məruzə mövzusunda ona ünvanlanan sualları da cavablandırıb.

Daha sonra tədbirdə Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, vəkil Əsabəli Mustafayev, Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli, AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər və digərləri çıxış ediblər. Çıxış edənlər Azərbaycanda məhkəmə sistemindəki neqativ vəziyyət, problemlər haqda danışıblar.

Sonda tədbir adından Türkiyənin İstanbul şəhərində bir müddət əvvəl qarşılaşdığı neqativ haldan sonra barəsində məhkəmə istintaqı başlayan vəkil İntiqam Əliyevin hüquqlarının qorunması xahişi ilə bu ölkənin prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyub Ərdoğan, daxili işlər naziri İdris Naim Şahin və baş prokuror Hasan Erbilə müraciət edilməsinə dair qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR