Arif Hacılı: “İctimai Palata ayda bir dəfə bura yığılmaqla heç nəyi dəyişdirə bilməyəcək”
21 iyul 2012 11:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İctimai Palatanın sessiyasında kütləvi aksiyalarla bağlı fikir ayrılığı yaranıb.
APA-nın məlumatına görə, sessiyada Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı avqustdan gec olmayaraq aksiyalara başlamaq təklifi ilə çıxış edib. O, bunun üçün mübarizəyə başlamağın əhəmiyyətindən də danışıb: “Konkret tədbirləri qarşıya qoyaraq, həyata keçirməyə başlamalıyıq. Təbii ki, 1988-ci ildə olduğu kimi nəhəng aksiyalar keçirmək imkanımız yoxdur. Mövcud siyasi şərait buna imkan vermir. Ancaq biz resurslarımıza uyğun olan tədbirlər həyata keçirməliyik”.
O bildirib ki, cəmiyyət İP-in fəaliyyətinin nəticəsini görməlidir: “Biz ayda bir dəfə bura yığılmaqla heç nəyi dəyişdirə bilməyəcəyik. Biz hər gün də bura toplaşsaq, heç nəyi dəyişdirə bilməyəcəyik. Real siyasi fəaliyyətlə məşğul olub, resurslarımıza uyğun aksiyalar keçirməliyik ki, nəticəyə nail olaq”.
Müsavat Partiyası Gənclər Komitəsinin sədri Tural Abbaslı da A. Hacılının aksiyalarla bağlı fikrini dəstəkləyib və İP-in kütləvi aksiyalara başlamasının zəruriliyi haqda danışıb.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə deyib ki, aksiyalar mitinqlərdə kütləvilik təmin olunduqdan sonra keçirilə bilər.

Daxili siyasət
MSK sədri COP29-a görə parlament seçkilərinin irəli çəkilə biləcəyini açıqlayıb
13:26
10 may 2024
Dövlət və hökumət rəsmiləri Ulu Öndərin xatirəsini anıblar
11:02
10 may 2024
YAP sədrinin müavini parlament seçkilərinin vaxtının irəli çəkilməsi məsələsinə münasibət bildirib
10:39
10 may 2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:00
10 may 2024