Strateji Araşdırmalar Mərkəzi ilin ilk yarısına dair hesabatını açıqlayıb
2012-ci ilin yanvar-iyun aylarında SAM tərəfindən Azərbaycanda və xaricdə 18 müxtəlif tədbir təşkil edilib.
Mərkəz Azərbaycanda 3 kitab təqdimatı, 3 dəyirmi masa, 3 beynəlxalq konfrans olmaqla ümumilikdə 13 tədbir keçirib. Mart ayında SAM-ın təşkilatçılığı ilə 100-ə yaxın xarici qonağın iştirakı ilə keçirilmiş Islam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Beyin Mərkəzlərinin III Forumu da keçirilib.
2012-ci ilin yanvar-iyun aylarında SAM-ın öz tərəfdaşları ilə birgə xaricdə beş beynəlxalq tədbir təşkil etmişdir. Onların arsında ABŞ-da təşkil edilmiş iki konfransı (Kolumbiya Universitetində və Sent Luizdə yerləşən Vaşinqton Universitetində), Fransa Beynəlxalq Münasibətlər İnstitutu və TEAS ilə birgə ”Azərbaycanın Avropanın enerji təhlükəsizliyi strategiyasında rolu” mövzusunda Parisdə təşkil edilmiş beynəlxalq konfransı, Ukrayna Prezidenti yanında Milli Strateji Tədqiqatlar İnstitutunun və Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə ”Avropa və qlobal enerji təhlükəsizliyi kontekstində Qara dəniz və Xəzər regionunun rolu” mövzusunda Kiyevdə keçirilmiş dəyirmi masanı və eləcə də Moldova Respublikasının İctimai İdarəçilik Akademiyasının, Moldova Respublikası İctimai Siyasət İnstitutunun və Azərbaycan Respublikasının Moldovadakı səfirliyinin birgə səyləri nəticəsində ”Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Dnestryanı münaqişə: müasir vəziyyət və nizamlama perspektivləri” mövzusunda Kişinyovda keçirilmiş beynəlxalq konfransı misal gətirmək olar.
2012-ci ilin ilk 6 ayı ərzində həyata keçirilən bir neçə elmi-tədqiqat layihəsi başa çatdırılıb. Onların arasında “Azərbaycanda orta sinif: sosial-iqtisadi və siyasi aspektlər” və "Azərbaycanda siyasi partiya və hərəkatlarda gənclərin ictimai-siyasi fəallığı və təşkilatlanma səviyyəsi" mövzularında keçirilmiş sosioloji sorğular qeyd edilməlidir.
2012-ci ilin ilk altı ayı ərzində SAM əməkdaşları tərəfindən 55 qapalı xarakter daşıyan arayış və eləcə də hesabatlar hazırlanıb, xarici ölkələrin və Azərbaycanın elmi jurnallarında, mətbuatında və elektron mediasında 127 məqalə çap edilib və 10 müsahibə verilib.
Hesabatda qeyd olunur ki, bu dövrdə beynəlxalq əməkdaşlıq çərçivəsində 9 beyin mərkəzi ilə memorandum və sazişlər imzalanıb. Bu mərkəzlər arasında Stratfor (ABŞ), Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu, Tacikistan Respublikasının Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzi, İslamabad Siyasi Araşdırmalar İnstitutu (Pakistan), Strateji Araşdırmalar üzrə Milli İnstitut (Qirğızıstan), Helsinki Universitetinin Aleksanteri İnstitutu, Fransanın Beynəlxalq Münasibətlər İnstitutu, Ukrayna Prezidenti yanında Milli Strateji Tədqiqatlar İnstitutu, Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondu var.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər
Belarusda Rusiyadakı ukraynalıları geri qaytarmaq üçün yeni humanitar missiya keçirilib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiq edilib
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? - ƏTRAFLI
Qubada itkin düşən şəxsin axtarışları ilə bağlı Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb
Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib