Bank Of Baku

KXCP sədri: “Hiss olunurdu ki, ACP və ALDP ilə birgə fəaliyyət mümkünsüzdür”

KXCP sədri: “Hiss olunurdu ki, ACP və ALDP ilə birgə fəaliyyət mümkünsüzdür”
# 23 iyul 2012 13:53 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) İdarə Heyətinin üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib. M. Mirəlioğlu qeyd edib ki, münasibətlərin, hörmətin və anlaşmanın qorunub saxlanılmasının tərəfdarıdır: “Hərəkatın bugünkü iclasına sədrliyi Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev edib. Mövqeyini də orada açıqlayıb. Açıq Cəmiyyət Partiyası isə mövqeyini hələ bildirməyib. Əslində ötən iclasdan bu məsələ mövcud idi. Yəqin ki, bununla bağlı bizim tərəfimizdən də açıqlama olar”.

M. Mirəlioğlu iki partiyanın hərəkatdan çıxmasını, qurumun parçalanması kimi dəyərləndirməyib: “Bu məsələdə hiss olundu ki, birgə fəaliyyət mümkünsüzdür. Bunu da normal qarşılamaq lazımdır. Əgər başqa cür olacaqsa, biz də öz sözümüzü deyəcəyik”.

Qeyd edək ki bu gün Açıq Cəmiyyət Partiyası və Azərbaycan Liberal Demokrat Partiyası Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxdıqları ilə bağlı məlumat yayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR