Bank Of Baku

Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 23 iyul 2012 15:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Divanda partiyadaxili məsələlər müzakirə edilib, ictimai-siyasi vəziyyətə dair müzakirələrdə bildirilib ki,
son zamanlar Dövlət Sərhəd Xidmətinin hərbi anbarında və Heydər Əliyev Mərkəzində baş verən müəmmalı yanğınlar ciddi araşdırılmalı, müvafiq nəticələr çıxarılmalı və günahkarlar qanun qarşısında cavab verməlidirlər.

Divan qardaş ölkə Türkiyədə vəkil İntiqam Əliyevə qarşı qaldırılan cinayət işinə bir daha diqqət çəkib və vəkilə qarşı təzyiqləri pisləyib. Divan həmçinin həbsdə olan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının həyatına yaranan təhlükədən narahatlığını ifadə edib və Penitensiar Xidməti bu məsələni nəzarətə götürməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR