Bank Of Baku

Milli Məclisinin payız sessiyasının başlanma vaxtı məlum olub

Milli Məclisinin payız sessiyasının başlanma vaxtı məlum olub
# 30 iyul 2012 09:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Azərbaycan Milli Məclisinin (MM) payız sessiyasının başlanma vaxtı məlum olub. MM-dən APA-ya bildirilib ki, sessiya oktyabrın 1-də başlayacaq. Beləliklə, Milli Məclisin daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. 2012-ci il sentyabrın 30-u bazar gününə təsadüf etdiyindən, payız sessiyası oktyabrın 1-də başlayacaq. Sessiya dekabrın 30-dək davam edəcək.

MM-in komitə iclaslarının isə vaxtı dəqiqləşməsə də, bu iclasların bir qədər tez – sentyabr ayında başlayacağı gözlənilir.

Qeyd edək ki, iyulun 15-dən Milli Məclisin bütün deputatları məzuniyyətdədir. Məzuniyyət müddəti avqustun 30-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR