“Qarabağ” siyasi partiyalar birliyi seçki blokuna çevriləcək
01 avqust 2012 09:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “ “Qarabağ” siyasi partiyalar birliyi 2013-cü ildə seçki bloku kimi fəaliyyət göstərəcək”. Bunu APA-ya Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. Partiya sədri bildirib ki, “Qarabağ” seçki bloku 2010-cu ildə siyasi birliyə çevrilib və bu qurumun 2013-cü ildə yenidən seçki blokuna çevrilməsi mümkündür: “Əslində bunun ehtimalı çox böyükdür. “Qarabağ” siyasi birliyi ölkədə fəaliyyət göstərən ən uzunömürlü blokdur. Hazırda ADP ilə Ümid Partiyası arasında münasbiətlər isti və səmimidir. Münasibətlərin bu səviyyədə olması bizə birliyin seçki blokuna çevrilməsi ilə bağlı ümid verir”.
İ. Ağazadə birliyin genişlənməsi məsələsi haqda da danışıb: “Siyasi birlik seçki blokuna çevriləcəyi təqdirdə qurumun formatının genişləndirməsi – yeni üzvlərin cəlb olunması məqsədilə danışıqlara başlanmasına dair qərar veriləcək”.
Partiya sədri müxalifət düşərgəsində mövcud olan birliklərin də qatılacağı daha geniş tərkibli ittifaqın formalaşmasına dair təklifə də münasibətini bildirib: “Buna doğru ciddi bir addım atılmayıb. Bu təşəbbüslər 2010-cu, 2011-ci ildə də olub. İndi açıqlanan təşəbbüsü də növbəti hesab etmək olar. Bu təşəbbüslərin nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Hər halda belə təkliflər həmişə olub. Hədəfləri bəlli olmayan, ümumi şüarlar altında olan qurumda isə “Qarabağ” bloku iştirak etməyəcək”.

Daxili siyasət
Arif Hacılı Müsavat Məclisinin sədri seçilib, başqanın 6 müavini təyin edilib
16:23
18 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
14:12
17 may 2024
Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
10:32
17 may 2024
Yaxın günlərdə Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcək
00:10
16 may 2024