Bank Of Baku

Arif Hacılı: “Müsavatın qurultayının keçirilməsi ilə bağlı artıq xüsusi müraciətə ehtiyac yoxdur”

Arif Hacılı: “Müsavatın qurultayının keçirilməsi ilə bağlı artıq xüsusi müraciətə ehtiyac yoxdur”
# 01 avqust 2012 15:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Müsavat Partiyasının qurultayının keçirilməsi ilə bağlı artıq xüsusi müraciətə ehtiyac yoxdur. Çünki müraciət edilib və tələbimiz də aydındır”.

Bu açıqlamanı APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib. O deyib ki, partiya qurultayın keçirilməsi ilə bağlı mövqeyində dəyişiklik etməyib: “Qurultay nümayəndələrinin və qonaqların sayına uyğun bir zal istəyirik. Bizə təklif olunan zallar bu tələblərə cavab vermir”.

A. Hacılı qeyd edib ki, bununla yanaşı, iqtidar rəsmləri açıqlamalarında qurultayın keçirilməsi üçün yer ayırmağa hazır olduqlarını da açıqlayıblar: “İstəyimiz sadədir. Biz minimum 800 nəfərin iştirak edə biləcəyi zalda qurultayımızı keçirmək istəyirik. Müraciətimizə isə hələ də real cavab verilməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR