Bank Of Baku

Əli Əliyev: “Vətəndaş və İnkişaf, Ədalət və Yaşıllar partiyalarının birlik təşəbbüsü istiqamətində apardığı danışıqlar dayandırılıb”

Əli Əliyev: “Vətəndaş və İnkişaf, Ədalət və Yaşıllar partiyalarının birlik təşəbbüsü istiqamətində apardığı danışıqlar dayandırılıb”
# 06 avqust 2012 14:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Vətəndaş və İnkişaf, Ədalət və Yaşıllar partiyalarının birlik təşəbbüsü istiqamətində apardığı danışıqlar dayandırılıb”.

Bu açıqlamanı APA-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev verib. Onun sözlərinə görə, tərəflər arasında mövcud vəziyyətə uyğun müvafiq qərar qəbul olunub:

“Qərara aldıq ki, hazırkı məqamda seçkilərə hesablanan formatın yaradılması mümkün olmadığından, əməkdaşlıq birlik yaradılmadan davam etdirilsin. Çünki seçkilərə çox vaxt qalıb. Bu müddət isə qarşıdan gələn prosesləri aydın göstərə bilmir. Adıçəkilən partiyalar birlikdə tədbirlərin keçirilməsinə üstünlük vermək, aktual mövzuların müzakirəsinə çalışmaq haqda razılığa da gəlib. Hesab edirəm ki, bu da partiyalar arasında münasibətlərin yaxşılaşmasına xidmət edəcək”.

O, danışıqların əsasən Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov tərəfindən aparıldığını da diqqətə çatdırıb: “Etimad İsmayılov bir müddətdir Azərbaycanda yoxdur. Bu günlərdə ölkəyə qayıtmalıdır. Yəqin ki, Ramazan bayramından sonra bu istiqamətdə işlərə başlanılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR