Bank Of Baku

Arif Məmmədov: “Ermənistan Xankəndi hava limanı ilə bağlı prosesdə beynəlxalq hüquq normalarını pozmağa cəhd göstərir”

Arif Məmmədov: “Ermənistan Xankəndi hava limanı ilə bağlı prosesdə beynəlxalq hüquq normalarını pozmağa cəhd göstərir”
# 07 avqust 2012 14:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “Həqiqətən də, Ermənistan Xankəndi hava limanı ilə bağlı prosesdə beynəlxalq hüquq normalarını pozmağa cəhd göstərir”. APA-nın məlumatına görə, bu fikirləri YAP-ın saytına müsahibəsində Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri də verdiyi bəyanatda Xankəndi hava limanı ilə bağlı fikirlərini bildiriblər: “Azərbaycanın dövlət rəsmiləri, siyasətçilər də bu bəyanata münasibət bildiriblər. Ümumi mövqe belədir ki, həmsədrlər bu məsələni həll etmək imkanında deyillər. Həmsədrlərin bu problemlə bağlı fikirləri çox ziddiyyətlidir və bəzi məqamlarda məntiqsizdir. Onlar deyirlər ki, Xankəndi hava limanının fəaliyyəti siyasiləşdirilməməlidir. Bu yanaşma düzgün deyil. Ümumilikdə, bu hava limanının fəaliyyəti mümkün deyil. Yəni aeroport öz-özünə fəaliyyət göstərə bilməz. Əgər təyyarə havaya qalxırsa, başqa aeroporta enməlidir və bunun üçün hava məkanından istifadə etməlidir. Hava məkanı da Azərbaycanındır”.

Arif Məmmədov bildirib ki, Azərbaycan tərəfi sözügedən hava məkanından mülki hava gəmiləri üçün istifadəni qadağan edib: “Çünki biz ona nəzarət edə bilmirik və heç kim uçuşların təhlükəsizliyə zəmanət verə bilməz. Ona görə də, biz beynəlxalq aeronaviqasiya qaydalarına uyğun olaraq hava məkanını bağlı elan etmişik. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) bu qərarımızı qəbul edib. Əgər ermənilər Azərbaycanın hava məkanına qanunsuz daxil olarsa, deməli beynəlxalq qaydaları pozmuş olacaq. Azərbaycan bəyan edib ki, öz ərazisində hazırda 6 beynəlxalq hava limanı fəaliyyət göstərir və bundan başqa yerdən havaya təyyarə qalxarsa, bu hava məkanımızın pozulması halıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR