Əhməd Oruc: “Sülhəddin Əkbər nə istədiyini özü də bilmir”
Bu açıqlamanı APA-ya Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc verib. O deyib ki, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər hakimiyyətdən qovulan oliqarxların müəyyən qismi ilə iqtidara gəlməyin mümkünlüyündən danışır və bu ideyanı təbliğ edir: “Təəssüf ki, siyasi səhnədə bu vəziyyət təkcə Sülhəddin Əkbərlə bağlı deyil. Bizim siyasətçilərin çoxu yarımçıq və kompleksi adamlardır. Sistemli təfəkkürə və təhsilə malik olmayan şəxslərdir. Asılılıq simptomunun daşıyıcılarıdırlar. Onların fəaliyyəti isə belə dayanıqsız addımların atılmasına səbəb olur. ACP-nin və bu kimi partiyaların belə addımları günü-gündən müxalifətin zəifləməsinə səbəb olur”.
Ə. Oruc qeyd edib ki, ACP müqavimət hərəkatından çıxdıqdan sonra mövqeyini hələ müəyyənləşdirə bilməyib: “Bu partiyanın siyasi kursu bəlli deyil. Partiya funksionerləri də bu vəziyyətə normal aydınlıq gətirə bilmir. Sülhəddin Əkbərin sədr postuna gəlməsi isə vəziyyəti bir qədər də qatışdırdı. Nə istədiyini heç özü də bilmir. Kənardan təzyiq də onu dayanıqsız bir vəziyyətə gətirib. ACP-nin müqavimət hərəkatından çıxması isə səhv mövqe idi”.
Ə. Oruc bildirib ki, Azərbaycanda bəzi siyasətçilər reallıqdan uzaq ilğım formalaşdırır və bunun arxasınca gedir, sonda isə bunun ilğım olduğunu bilirlər.
Sülhəddin Əkbər isə APA-ya deyib ki, ACP-nin Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxması ilə bağlı verdiyi bəyanatda partiyanın mövqeyi tam şəkildə öz əksini tapıb: “Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin mövqeyi nəzərə alınmaqla bəyanatımız olub və partiya bu bəyanatdan kənar şərh verməməklə bağlı qərar da verib”. S. Əkbər Azadlıq Partiyasının sədrinin onun ünvanına səsləndirdiyi fikri isə bu cür cavablandırıb: “Yaxşı edib və mənim ona heç bir cavabım yoxdur”.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər
Belarusda Rusiyadakı ukraynalıları geri qaytarmaq üçün yeni humanitar missiya keçirilib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiq edilib
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? - ƏTRAFLI
Qubada itkin düşən şəxsin axtarışları ilə bağlı Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb
Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib