Bank Of Baku

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla dövlət sərhədində möhkəmləndirmə işlərinin aparılması xəbərini təsdiqləyib

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla dövlət sərhədində möhkəmləndirmə işlərinin aparılması xəbərini təsdiqləyib
# 09 avqust 2012 12:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla dövlət sərhədində möhkəmləndirmə işlərinin aparılması barədə yayılan məlumatları təsdiqləyib.Bu barədə APA «Armenpress» agentliyinə istinadən məlumat verib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan «Armenpress» agentliyinə açıqlamasında Azərbaycanla sərhədin möhkəmləndirilməsi işlərinin ardıcıl həyata keçirildiyini deyib. Onun sözlərinə görə, mövqelərinin təhlükəsizliyi məqsədi ilə müdafiə tikintiləri aparılır, mövqelər bərkidilir. Bu işlərin davam etdirilməsi nəzərdə tutulur.

«Bu işlər mütəmadi aparılır. Lakin Azərbaycanın son günlərdə bu məsələyə nədən diqqət yönəltməsi aydın deyil», - deyə mətbuat katibi qeyd edib.

Qeyd edək ki, cari ilin aprel və iyun ayında Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən insidentlər zamanı Ermənistanın müdafiə naziri və prezidenti sərhəddə möhkəmləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bəyan etmişdi. Azərbaycan tərəfinin müşahidələrinə görə, Ermənistan son iki ayda dövlət sərhədində müdafiə mövqelərini gücləndirməyə başlayıb. Əsasən gecə saatlarında həyata keçirilən işlərə Ermənistanın Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti ilə yanaşı, ətraf kəndlərdən işçi qüvvəsi və texnika cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR