Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Müxalifət düşərgəsində prezident seçkilərində vahid namizəd olaraq dəstəkləyə biləcəyim namizəd yoxdur”

Mirmahmud Mirəlioğlu: “Müxalifət düşərgəsində prezident seçkilərində vahid namizəd olaraq dəstəkləyə biləcəyim namizəd yoxdur”
# 10 avqust 2012 09:38 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin üzvü, KXCP sədri Mirmahmud Mirəlioğlu verib.

M. Mirəlioğlu deyib ki, milli demokratik qüvvələrin vahid namizədi müəyyənləşdirməsi məsələsində ciddi fikir ayrılığı yoxdur: “Sadəcə bir müddət əvvəl vahid namizədin müəyyənləşdirilməsinin vacibliyini vurğulayanlar indi danışmamağa üstünlük veriblər. Bu da məsələyə yanaşmada suallar yaradıb. Vahid namizədin indidən müəyyənləşdirilməsinin vacibliyini deyən siyasətçilər də az deyil. Mən də vahid namizədin indidən müəyyənləşdirilməsinin işin xeyrinə olacağını düşünürəm. Amma müxalifətdə bu istiqamətdə ortaq məxrəcə gəlmək mümkün deyil. Burada İctimai Palatanın da üzərinə məsuliyyət düşür. Bəzi partiyalarının mövqeyində də yəqinlik yoxdur”.

M. Mirəlioğlu qeyd edib ki, vahid namizədin indidən müəyyənləşdirilməsi müxalifət düşərgədə parçalanmaya rəvac verə bilməz: “Əslində namizədin müəyyənləşməsi birləşməyə xidmət etməlidir. Təəssüf ki, belə hallar İctimai Palatada parçalanma yarada bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR