Sərdar Cəlaloğlu: “Səkkiz partiya rəhbəri ilə görüşümüzdə məqsəd prezident seçkiləri ilə bağlı seçki koalisiyası yaratmaqdır”
Bakı. Ramil Məmmədli-APA. “Müxalifətdə təmsil olunan səkkiz partiya rəhbərinin iştirakı ilə keçirilən yığıncağı yeni birliyin başlanğıcı kimi görmək istəyirəm. Müzakirələrdə bu istiqamətli söhbət olub. Bu görüşün səkkizlik formatında olub-olmayacağını isə gələcək göstərəcək. Hər halda müxalifətin birliyinin yaradılması günün bir nömrəli məsələsidir”.
Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. ADP sədri deyib ki, bir neçə gün öncə iftar süfrəsinə toplaşan partiya sədrləri müxalifətin durumunu və bundan çıxış yollarını müzakirə ediblər: “Bu toplantıda iştirak edən partiyaların bütün müxalifəti əhatə etdiyini iddia etmirəm və müxalifət adı uğrunda savaş açmaq niyyətim də yoxdur. Ancaq qəbul etməliyik ki, bu partiyalar təşkilatlanmış, xalq tərəfindən tanınan və uzun illər təcrübəsi olan partiyalardır”.
S. Cəlaloğlu qeyd edib ki, həmin görüşə Müsavat, Xalq Cəbhəsi, Milli İstiqlal, Ümid, Demokrat, Klassik Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının sədrləri qatılıb: “Onların iştirakı ilə əməkdaşlığın formalaşdırılması adıçəkilən partiyaların yaratdıqları birliklərin fəaliyyətini arxa plana ata bilməyəcək. Bu yığıncaqda niyyət prezident seçkiləri ilə bağlı seçki koalisiyasının yaradılmasıdır. Seçki koalisiyası ancaq seçki dövrü üçün nəzərdə tutulub. Sağlam məntiq qalib gələrsə, koalisiyanın yaradılmasına nail olmaq mümkün olunacaq. Bəzən isə liderlər düzgün qərar verməyə çətinlik çəkirlər. Subyektiv amillər buna mane ola bilər. Şərtlər, xalqın və beynəlxalq təşkilatların gözləntisi də bu koalisiyanın yaradılmasını diktə edir. Kimlərsə hansısa məqsədlə bunu istəməyəcəksə, bu başqa məsələdir. Bu birliyin yaradılmasının əleyhinə səsləndirilə biləcək elə bir arqument yoxdur”.
Qeyd edək ki, Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu ötən gün səkkiz siyasi partiya sədrini iftar süfrəsinə dəvət edib. Restoranların birində baş tutan iftar süfrəsinə KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, AMİP sədri Yusif Bağırzadə, AXCP sədri Əli Kərimli, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qatılıb.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Çinin “OrienSpace” şirkəti dəniz platformasından 9 peyk orbitə çıxarıb
Zukerberq süni intellekt tərtibatçılarını öz modellərinin təhlükəsizliyinə görə məsuliyyət daşımağa çağırıb
Fransa müdafiə sənayesində 100 min yeni işçi cəlb etməyi planlaşdırır
Argentina Malvin adaları yaxınlığında neft hasilatına görə Britaniya və İsrail səfirlərini XİN-ə çağırıb
Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub
“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib
Zelenski: Rusiya son həftələrdə iki dəfə mənim təyyarəmə hücum etməyə çalışıb
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır
Merz BMT Baş Assambleyasının tədbirləri üçün Nyu-Yorka səfərini ləğv edib
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
TASS: Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyi 10-a yaxın ölkə təklif edib
Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 52 hava zərbəsi endirdiyini açıqlayıb
ABŞ məhkəməsi Kennedi Mərkəzinin fasadına Trampın adının vurulmasını yenidən qadağan edib
Zelenski Ruslan Kravçenkonu Ukraynanın Baş prokuroru vəzifəsindən azad edib
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Nepalda 100-dən çox insan səpgili yatalağa yoluxub, 4 nəfər ölüb
ABŞ-ın energetika naziri: Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəmərinin işi bir neçə günə bərpa olunacaq
Trampın müşaviri: ABŞ Merzin sözlərinə etibar edə bilməz
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
Bessent: Rusiya və Çin ehtiyatlarında dollar aktivlərinin payını azaldıb
Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
Tramp onun qərarlarını ləğv etdiyinə görə Ali Məhkəməni sərt tənqid edib
Avropa Parlamenti daxilində rüşvət, korrupsiya və islamofobiyanın mövcudluğu onun nüfuzuna ciddi zərbə vurur - RƏY
Almaniyada hərbi aerodrom yaxınlığında naməlum dron qəzaya uğrayıb
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
Asim Mollazadə: Ruben Rubinyanın açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir - MÜSAHİBƏ
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Skott Bessent: ABŞ İran təhdidini bitirir
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, 2 vəzifəli şəxs həbs olunub
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Hörmüz boğazında hücuma məruz qalan tankerin 2 heyət üzvü itkin düşüb
Azərbaycanla AİB arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Xırdalanda 19 yaşlı qızın qumbaranın partlaması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Azərbaycan lideri: Tam məsuliyyətlə deyirəm, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Prezident: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz