Bank Of Baku

Sərdar Cəlaloğlu: “Vahid komanda olmadan vahid namizədin müəyyənləşdirilməsi mümkün deyil”

Sərdar Cəlaloğlu: “Vahid komanda olmadan vahid namizədin müəyyənləşdirilməsi mümkün deyil”
# 11 avqust 2012 09:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Müxalifətin seçki öncəsi daha önəmli məsələsi vahid komanda formalaşdırılması məsələsidir”.

Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. S. Cəlaloğlu bildirib ki, vahid komanda məsələsi vahid namizəd məsələsindən daha önəmli məsələ kimi təqdim və təbliğ edilməlidir: “Çünki vahid komanda olmadan vahid namizədin müəyyənləşdirilməsi mümkün deyil. Müxalifət onsuz da qalib vəziyyətdə deyil. Bu baxımdan real vəziyyətdən nəticə çıxarmalıyıq”.

S. Cəlaloğlu qeyd edib ki, vahid namizəd məsələsi fərqli ideya deyil: “Lakin vahid komanda, proqram və namizəd bir yerdə formalaşdırılarsa, yeniliyə nail olmaq mümkündür. Komandanın əhəmiyyəti vahid namizədin vacibliyindən dəfələrlə yüksəkdir. Bu tamamilə yenilikdir və nəticəyə yönələcək real situasiya meydana çıxara bilər”.

Onun sözlərinə görə, müxalifət partiyaları və təşkilatları hər biri öz namizədi ilə prezident seçkilərinə gedərsə, iqtidara məğlub olacaq: “Bu seçkilər tam demokratik yolla keçirilsə belə, iqtidarın namizədi qalib gələcək. Nəzərə alınmalıdır ki, hakimiyyətin əhatə dairəsi daha geniş arenanı əhatə edə bilir. Təklikdə seçkilərə gedən partiyaların heç birinin isə bu qədər çevrəsi yoxdur. Təklikdə beş-altı faiz arasında səs yığmaq imkanı ola bilər. Məsələn, 2003-cü ildə Müsavat Partiyasının başqanı İsa Qəmbərin ətrafında müxalifət formalaşmışdı. Həmin seçkinin rəsmi nəticəsinə görə, İsa Qəmbər təxminən 13 faiz səs toplamışdı. Reallıqda da İsa Qəmbərin ətrafı təklikdə böyük nəticə göstərə bilməzdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR