Əli Əliyev: “Müxalifətdə olan səkkiz partiyanın rəhbərlərinin növbəti görüşünün keçirilməsi barədə ilkin razılıq əldə olunub”
11 avqust 2012 10:41 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev verib. VİP sədri deyib ki, bu formatda növbəti görüşün rəsmi şəkildə, mətbuatın iştirakı ilə keçirilməsi nəzərdə tutulub.
Ə. Əliyev qeyd edib ki, bu təşəbbüsü Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu öz üzərinə götürüb: “Görüşün Orucluq bayramından sonra keçirilməsi təklif edilib. Lakin tədbirin yeri və vaxtı barədə qərar verilməyib”. Ə. Əliyevin sözlərinə görə, 8 partiyanın bir araya gəlməsi ictimai-siyasi proseslərin inkişafına təkan verə bilər.
Qeyd edək ki, Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu bir neçə gün əvvəl səkkiz siyasi partiya sədrini iftar süfrəsinə dəvət edib. Restoranların birində baş tutan iftar süfrəsinə KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, AMİP sədri Yusif Bağırzadə, AXCP sədri Əli Kərimli, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qatılıb.

Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
14:12
17 may 2024
Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
10:32
17 may 2024
Yaxın günlərdə Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcək
00:10
16 may 2024
Əfv Komissiyasının növbəti iclası keçirilib
17:32
15 may 2024