Bank Of Baku

Azərbaycan prezidentinin Ramazan bayramı ilə bağlı İslam dövlətlərinin diplomatları üçün keçirdiyi qəbula İran səfirliyindən qatılan olmayıb

Azərbaycan prezidentinin Ramazan bayramı ilə bağlı İslam dövlətlərinin diplomatları üçün keçirdiyi qəbula İran səfirliyindən qatılan olmayıb
# 13 avqust 2012 14:15 (UTC +04:00)
Ənənəvi xarakter daşıyan bu görüşlər Azərbaycanda dövlətin islami dəyərlərə verdiyi qiymətin və yetirdiyi diqqətin təzahürüdür. Prezident İlham Əliyevin diplomatik korpusun rəhbərlərini qəbul edərək bayram münasibətilə təbrik etməsi həm də islam ölkələri arasında həmrəyliyin və ümumi mənəvi dəyərlərə sadiqliyin ifadəsi kimi qiymətləndirilir.

APA-nın əldə etdiyi məlumata görə, bugünkü görüşə İran səfiri və ya səfirliyin nümayəndəsi qatılmayıb.

Ekspertlər hesab edir ki, İslam aləminin ən böyük bayramı, islami həmrəyliyin, qarşılıqlı hörmət və ehtiramın təcəssümü sayılan Ramazan bayramına belə soyuq münasibətin səbəbi ciddi suallar yaradır: “İslami dəyərlərin qoruyucusu”, “islam maraqlarının müdafiəçisi” iddiası ilə çıxış edən bir ölkənin diplomatik nümayəndələrinin bu etinasız hərəkətləri ictimaiyyət tərəfindən təqdir oluna bilməz. Əgər İran səfiri ölkədə deyilsə, səfirliyin nümayəndəsi qəbulda iştirak etməli idi“.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR