Bank Of Baku

İctimai Palata istintaq təcridxanaları və Cəzaçəkmə müəssisələrində saxlanma şəraitinə həsr olunmuş dəyirmi masa keçirib

İctimai Palata istintaq təcridxanaları və Cəzaçəkmə müəssisələrində saxlanma şəraitinə həsr olunmuş dəyirmi masa keçirib
# 14 avqust 2012 12:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. İctimai Palata (İP) Müsavat Partiyasının qərargahında istintaq təcridxanaları və Cəzaçəkmə müəssisələrində saxlanma şəraitinə həsr olunmuş dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirə sədrlik edən İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli təşkilatın bir müddət öncə də istintaq təcridxanaları və Cəzaçəkmə müəssisələrində saxlanma şəraitinə həsr edilmiş tədbir keçirdiyini xatırladıb: “Amma o vaxtdan indiyədək mövcud problemlər qalıb”.

İP-in 2 aprel aksiyasında həbs olunmuş Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı istintaq təcridxanaları və Cəzaçəkmə müəssisələrindəki vəziyyətdən danışıb. Onun sözlərinə görə, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı İstintaq Təcridxanasından başqa digər İstintaq təcridxanaları standartlara cavab vermir. O, Cəzaçəkmə müəssisələrindəki problemləri də dilə gətirib və onlardan bəzilərinin yerinin dəyişdirilməli olduğunu bildirib: “14 saylı cəzaçəkmə müəssisəsi isə ləğv olunmalıdır”.

Tədbirdə 2 aprel məhbuslarından Sahib Kərimov, Tural Abbaslı və başqaları da çıxış edərək Cəzaçəkmə müəssisələrində saxlanma şəraiti ilə bağlı tənqidi fikirlər səsləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR