Bank Of Baku

İrandan olan azərbaycanlı siyasi mühacirlər mətbuat konfransı keçiriblər - FOTO

İrandan olan azərbaycanlı siyasi mühacirlər mətbuat konfransı keçiriblər - <font color=red>FOTO</font>
# 22 avqust 2012 12:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Güney Azərbaycandan olan siyasi mühacirlər mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, konfransda avqustun 11-də Güney Azərbaycanda baş verən zəlzələ haqqında məlumat verilib, İran hökumətinin təbii fəlakətdən zərərçəkənlərə laqeyd münasibətinə etiraz edilib.

Babək Muğanlı deyib ki, zəlzələ baş verən bölgələrə ilk yardım gecikdirilib. Əraziyə fövqəladə hallar üzrə yardım briqadaları əvəzinə, polis bölmələri yerləşdirilib. Bunun nəticəsində isə ölüm hallarının sayı artıb.

Şəhrizad Cahanpənah isə bildirib ki, azərbaycanlıların yaşadığı bölgədə baş verən zəlzələ İran hərbi dairələri tərəfindən süni şəkildə törədilib. O iddia edib ki, İranın bu ərazini seçməsinə səbəb, burada etirazların olmayacağına əminliyi olub.

Jurnalist Tofiq Türkel isə İran hökumətindən zəlzələnin nəticələrinin tez bir zamanda aradan qaldırılmasını tələb edib. Onun sözlərinə görə, kasıb həyat tərzi keçirən bu bölgənin əhalisinin evlərini öz hesablarına tikmək imkanı yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR