Bank Of Baku

Azərbaycan İslam Partiyası: Azərbaycan şairlərinin İranda saxlanması ilə bağlı yaranmış vəziyyəti təqdir etmirik

Azərbaycan İslam Partiyası: Azərbaycan şairlərinin İranda saxlanması ilə bağlı yaranmış vəziyyəti təqdir etmirik
# 25 avqust 2012 10:14 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Biz İranda həbsdə saxlanılan azərbaycanlı şairlərlə bağlı yaranmış vəziyyəti təqdir etmirik. Çünki bu cür hallardan düşmən, Azərbaycan-İran münasibətlərinə xələl gətirən tərəflər sui-istifadə edirlər. Məsələnin uzanmasını istəməzdik, problem tezliklə hüquqi müstəvidə həllini tapmalı idi. Məsələ uzandıqca dedi-qodulara, lazımsız söz-söhbətlərə səbəb olur. Hətta iki dövlət arasında münasibətlərə maneçilik törədir”. Bunu APA-ya açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Hacı Akif Heydərli deyib.

O, İranda həbsdə saxlanılan şairlərin tezliklə azad olunacağına ümid etdiklərini bildirib: “Ümid edirik ki, məsələ iki qardaş ölkənin münasibətlərinə xələl gətirməyəcək. Hər halda bir etimadsızlıq toxumu səpilə bilər ki, bundan da düşmənlər istifadə edə bilər. Ümidvarıq ki, şairlərin günahsızlığı sübuta yetiriləcək və onlar tezliklə azadlığa buraxılacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR