Siyavuş Novruzov: “Elçibəy Türkiyədə xəstəxanada olanda 150 min dolları oğurlanmışdı”
Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, Respublika Prokurorluğuna müraciət etmiş Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “qeyri-ciddi adam” olması barədə deyilənlərə də münasibət bildirib: “Mənə maraqlı gələn odur ki, bunlar müraciət edən şəxsin kimliyi, Hafiz Hacıyevin qeyri-ciddi adam olması barədə danışmağa başlayıblar. Bəs nə tez yadlarından çıxıb ki, Əbülfəz Elçibəy hakimiyyətə gələndə ən böyük nazirliyi Hafiz Hacıyevə tapşırmışdı, onu Dövlət Balıq Konserninin rəhbəri təyin etmişdi. Özü də Hafiz Hacıyev İsa Qəmbərin yaxın dostu idi, çox yaxın münasibətləri vardı. Əgər qeyri-ciddi adam idisə, AXC hakimiyyəti onu niyə nazir təyin etmişdi? Ona görə də əvvəlcə keçmişə nəzər salmaq, sonra danışmaq lazımdır. Özü də Hafiz Hacıyev müsahibələrində qeyd etdiyi kimi, vaxtilə bunları maddi cəhətdən təmin edən adam olub. İndi həmin adamdı də deyir ki, Əbülfəz Elçibəy zəhərlənib. Elçibəy xəstə olan vaxt başqa məsələlər də gündəmdəydi. Məsələn, Elçibəy Türkiyədə xəstəxanada olanda ondan 150 min dollar oğurlanmışdı. Bu hadisə Əli Kərimlinin Türkiyəyə səfərindən sonra ortaya çıxdı. İndi kimlərsə ortaya düşüb, biri özünü ziyalı, biri başqa cür adlandırır, deyir, belə deyil. Amma bu, hüquqi məsələdir”.
S. Novruzov guya hakimiyyət tərəfindən AXCP sədri Əli Kərimlinin 2013-cü ildə prezidentliyə namizədliyinə əngəl yaradılması barədə iddialara da cavab verib: “Bu gün Azərbaycanda prezident İlham Əliyevə 2013-cü ildə alternativ ola biləcək şəxs yoxdur. O ki, ola Əli Kərimli rəqib olsun... O, bir dairədən deputat seçilə bilmir, prezident seçiləcək?! Bu, lağlağı söhbətdir. Axı Əli Kərimlini kim dəstəkləyəcək? Partiya yox, heç bir resursu yox... Onun partiyası sürücüsü və cangüdənlərindən ibarətdir. Hazırda Əli Kərimlinin partiyasında normal insana rast gəlmək olmur, hamı dağılışıb getdi. Vaxtilə mövcud olan Xalq Cəbhəsi Partiyasından indi yeddi partiya yaranıb. Partiyadan adamların dağılışmağının da ən əsas səbəbkarı Əli Kərimli olub, çünki xəyanətin əsasını o qoyub”.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər
Belarusda Rusiyadakı ukraynalıları geri qaytarmaq üçün yeni humanitar missiya keçirilib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiq edilib
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? - ƏTRAFLI
Qubada itkin düşən şəxsin axtarışları ilə bağlı Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb
Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edib