Azərbaycanın hakim partiyası: Əli Kərimli Elçibəyin zəhərlənməsi iddiası əsasında qaldırılmış cinayət işindən faydalanmağa başlayıb – MÜSAHİBƏ
- Keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənməsi nəticəsində dünyasını dəyişməsi iddiası ilə qaldırılan cinayət işi mətbuatda geniş müzakirə olunur. Hakim partiyanın bu məsələyə münasibətini bilmək istərdik.
- Hesab edirəm ki, Bakı şəhər prokurorluğu tərəfindən keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənməsi faktı ilə əlaqədar cinayət işinin açılmasında qeyri-adi heç nə yoxdur. Eləcə də, bunu siyasi sifariş kimi qiymətləndirmək cəhdi cəfəngiyyatdan başqa bir şey deyil. İstənilən vətəndaşla əlaqədar onun həyatına qəsdlə bağlı iddia qaldırıldıqda, ölümündən sonra belə, hüquq-mühafizə orqanının müvafiq təhqiqat aparması onun vəzifəsidir. Söhbət törədilmiş və ya törədilməsi güman edilən cinayət faktının araşdırılmasından gedir. İndiki halda isə haqqında cinayət törədilməsi güman edilən şəxs keçmiş prezidentdir, deməli, faktın özü və onun araşdırılması böyük ictimai maraq kəsb edir. Ümumiyyətlə isə, qeyd etdiyim kimi, istənilən vətəndaşla əlaqədar müvafiq iddia da mütləq şəkildə araşdırma obyekti olmalıdır. Açığını deyim, müxalifətin keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənməsi və nəticədə həyatının dəyişməsi iddiası əsasında cinayət işinin açılmasına reaksiyası, yumşaq desək, adekvat sayıla bilməz. Belə çıxır ki, prokurorluq Elçibəyin zəhərlənmə nəticəsində həyatını dəyişməsi barədə edilən rəsmi müraciətə baxmalı deyilmiş. Deməli, müxalifət törədilməsi güman edilən cinayətin açılmasında və ya qaldırılmış iddiaya aydınlıq qətirilməsində maraqlı deyil və prokurorluğu da cinayəti ört-basdır etməyə təhrik etməyə çalışır. Belə başa düşürəm ki, müxalifət üçün hüquq çərçivəsində fəaliyyət anlayışı mövcud deyil. Görünür, onlar hüquq müstəvisindən kənarda fəaliyyət göstərmək vərdişlərini unutmayıblar, ya da unutmaq fikrində deyillər.
Məsələnin mahiyyətinə gəldikdə, onu da demək istəyirəm ki, keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənmə nəticəsində həyatını dəyişməsi ilə bağlı iddialar yeni deyil. Elə bir neçə il bundan əvvələ aid müxalifət mətbuatını götürüb vərəqləsəniz, həmin iddiaların onların özlərinə məxsus olduğuna inana bilərsiniz. Ancaq əvvəllər söhbət yalnız mətbuat səhifəsində yer alan gümanlardan gedirdisə, indi vəziyyət hüquqi araşdırma tələb edən həddə çatıb. Yəni, rəsmi şəkildə prokurorluq orqanları qarşısında Əbülfəz Elçibəyin zəhərlənməsi və nəticədə həyatını dəyişməsi ilə əlaqədar iddia qaldırılıb. Prokurorluq buna reaksiya verməyə bilməz.
- Bu məsələyə hüquqidən çox, siyasi yanaşmalar var. Buna münasibətiniz necədir?
- Dediyim kimi, sözügedən məsələ ilə əlaqədar olaraq müxalifətin davranışını adekvat hesab etmək mümkün deyil. Bu sözləri xüsusilə Əli Kərimli və onun komandasına şamil etmək lazım gəlir. Adamın yadına yalançının başında əmmaməsinin yanması lətifəsi düşür. Müasir Müsavat partiyasının sədri tərəfindən qaldırılan iddia və müraciət əsasında Bakı şəhər prokurorluğu keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənməsi faktı ilə cinayət işi qaldırıb. İndiki halda söhbət mərhum Elçibəyin zəhərlənmə nəticəsində ölməsi faktının araşdırılmasından gedir. Əgər bu fakt öz təsdiqini tapsa, ondan sonra zəhərlənmənin kim tərəfindən həyata keçirilməsi araşdırma obyektinə çevriləcək. Amma nədənsə Əli Kərimli artıq indidən narahat olmağa başlayıb. Mən bunu anormal hesab edirəm. Həm də hüquq-mühafizə orqanlarına qarşı müxalifətə məxsus təzyiq sayıram. Yəqin onlar qabaqdangəlmişlik edirlər ki, gələcəkdə nələrsə təsdiq olunanda, hay-küy qaldırsınlar ki, bəs biz deyirdik ki, nəticə necə olacaq. Bunun özü də istintaqa təzyiq və ya onun nəticələrinə etimadsızlıq yaratmaqdan ibarət olan hüquqpozmasıdır. Onu da istisna etmirəm ki, bütün bunlar Əli Kərimli və onun ətrafındakıların seçki kampaniyasının bir elementidir. 2013-cü ilə çox qalmayıb. Müxalifət düşərgəsində vahid namizəd müzakirələri aparılmaqdadır. Elçibəyin zəhərlənməsi iddiası əsasında qaldırılmış cinayət işindən Əli Kərimli artıq faydalanmağa başlayıb, özünü müxalifətin lideri və vahid namizədi kimi təqdim edir. Ayrı-ayrı adamları özünün müdafiəsinə qaldırmaqla onları indidən gələcək seçki kampaniyasına cəlb etməyə çalışır. Səhv etmirəmsə, qədim Roma hüququndan qalma prinsip var: bu kimə faydalıdır. Ə. Elçibəyin zəhərlənməsi ilə əlaqədar irəli sürülən iddia və onun əsasında qaldırılan cinayət işindən siyasi divident qazanmaq istəyən yeganə şəxs, mətbuatı diqqətlə izləsəniz görərsiniz ki, yalnız Əli Kərimlidir.
- Həmin iddia əsasında prokurorluq orqanlarına müraciətin Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev tərəfindən edilməsinə münasibət birmənalı deyil...
- Müxalifət mətbuatında müzakirələrin Hafiz Hacıyevin şəxsiyyəti üzərinə istiqamətləndirilməsi, əslində diqqəti məsələnin mahiyyətindən yayındırmaq cəhdidir. O ki qaldı Hafiz Hacıyevin kimə daha çox yaxın olması məsələsinə, qeyd etməliyəm ki, Hafiz Hacıyev Xalq Cəbhəsinin hakimiyyəti zamanı məsul vəzifə tutmuş şəxs olub. Əli Kərimli, İsa Qəmbər və digərləri Hafiz Hacıyevlə bir komandanın üzvü olublar. Onlar bir-birinin sirlərinə yaxından bələddirlər. Hafiz Hacıyev Yeni Azərbaycan Partiyası hakimiyyətində təmsil olunmayıb, bizim komandanın üzvü deyil. Əgər diqqət yetirsəniz görərsiniz ki, Hafiz Hacıyev öz keçmiş komanda yoldaşları ilə yanaşı, bizim hakimiyyəti də ən kəskin şəkildə tənqid edir. Belə çıxır ki, Hafiz Hacıyev hakimiyyəti, hakimiyyətdə təmsil olunan ayrı-ayrı adamları tənqid edəndə, bir çox halda hətta böhtan atanda obyektiv adam olur, ondan müxalifət mətbuatında sitatlar gətirilir, ona afərin deyilir, amma müxalifəti tənqid edəndə, ona hakimiyyətin adamı “damğası” vurulur. Belə yanaşmanın adı Azərbaycanda hər kəsə yaxşı bəlli olan ikili standartlardır. Müxalifətə insanların və onların fikirlərinin hakimi olmaq haqqı verilməyib. Heç kimə belə haqq verilməyib. Hafiz Hacıyevin bu gün nə şəxsiyyətindən, nə də hansı tərəfdə olmasından söhbət getmir. Söhbət onun rəsmi şəkildə prokurorluq orqanları qarşısında qaldırdığı iddianın həqiqət və ya qeyri-həqiqət olmasını araşdırmaqdan ibarətdir. Müxalifətin məsələ ilə əlaqədar əsəbi reaksiyası sadəcə olaraq şübhələri bir az da artırır.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Fransa müdafiə sənayesində 100 min yeni işçi cəlb etməyi planlaşdırır
Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub
“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib
Zelenski: Rusiya son həftələrdə iki dəfə mənim təyyarəmə hücum etməyə çalışıb
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır
Merz BMT Baş Assambleyasının tədbirləri üçün Nyu-Yorka səfərini ləğv edib
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
TASS: Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyi 10-a yaxın ölkə təklif edib
Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 52 hava zərbəsi endirdiyini açıqlayıb
ABŞ məhkəməsi Kennedi Mərkəzinin fasadına Trampın adının vurulmasını yenidən qadağan edib
Zelenski Ruslan Kravçenkonu Ukraynanın Baş prokuroru vəzifəsindən azad edib
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Nepalda 100-dən çox insan səpgili yatalağa yoluxub, 4 nəfər ölüb
ABŞ-ın energetika naziri: Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəmərinin işi bir neçə günə bərpa olunacaq
Trampın müşaviri: ABŞ Merzin sözlərinə etibar edə bilməz
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
Bessent: Rusiya və Çin ehtiyatlarında dollar aktivlərinin payını azaldıb
Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
Tramp onun qərarlarını ləğv etdiyinə görə Ali Məhkəməni sərt tənqid edib
Avropa Parlamenti daxilində rüşvət, korrupsiya və islamofobiyanın mövcudluğu onun nüfuzuna ciddi zərbə vurur - RƏY
Almaniyada hərbi aerodrom yaxınlığında naməlum dron qəzaya uğrayıb
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
Asim Mollazadə: Ruben Rubinyanın açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir - MÜSAHİBƏ
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Skott Bessent: ABŞ İran təhdidini bitirir
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, 2 vəzifəli şəxs həbs olunub
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Hörmüz boğazında hücuma məruz qalan tankerin 2 heyət üzvü itkin düşüb
Azərbaycanla AİB arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Xırdalanda 19 yaşlı qızın qumbaranın partlaması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Azərbaycan lideri: Tam məsuliyyətlə deyirəm, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Prezident: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Prezident: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
Prezident: Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir