Bank Of Baku

Əli Kərimlinin mühafizəçisi Avropa Məhkəməsinə şikayət edib

Əli Kərimlinin mühafizəçisi Avropa Məhkəməsinə şikayət edib
# 28 avqust 2012 12:04 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənov Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib. Bu barədə APA-ya B. Həsənovun vəkili Əsabəli Mustafayev məlumat verib. Ə. Mustafayev şikayətin məhkəməyə göndərdildiyini bildirib: “Şikayətdə Bəhruz Həsənova dəymiş maddi və mənəvi ziyana görə, Azərbaycan hökumətindən 11 min avro tələb olunduğu da qeyd olunub”.

Qeyd edək ki, B. Həsənov iyulun 11-də səhər saatlarında yaşadığı Suraxanı rayon Yeni Günəşli qəsəbəsi ərazisində Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Suraxanı Rayon Məhkəməsi Bəhruz Həsənov barəsində 10 sutkalıq həbs qərarı çıxarılıb. B. Həsənov İnzibati Xətalar Məcəllənin polisə tabe olmama maddəsi ilə ittiham olunub. Həmin qərardan verilən apellyasiya və kassasiya şikayətləri isə təmin olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR