Bank Of Baku

AMİP sədri: “Demokratik Qüvvələrin Məşvərət Məclisi blok və ya ittifaq deyil”

AMİP sədri: “Demokratik Qüvvələrin Məşvərət Məclisi blok və ya ittifaq deyil”
# 28 avqust 2012 13:55 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. “Kimin iştirak edib-etməməsindən asılı olmayaraq, Demokratik Qüvvələrin Məşvərət Məclisi fəaliyyətini davam etdirəcək”. Bunu APA-ya açıqlamasında AMİP sədri Yusif Bağırzadə deyib. O bildirib ki, siyasi partiyalar arasında fikir ayrılığının olmasını normal qarşılamaq lazımdır: “Biz demokratik mühitdə yaşayırıq, demokratik tərəfin nümayəndələriyik. Ona görə də fikir ayrılığının olması yalnız fikir plüralizminin inkişafına xidmət edir. Diqqətə çatdırmaq istəyirəm ki, bu, sadəcə məşvərət-məsləhət məclisidir. Burada heç bir blok, birlik, ittifaq yaradılmır. Bu qurumda kim istəyir gəlib məsləhət edə bilər. Bizim ilk qərarımız ondan ibarət oldu ki, Azərbaycanda demokratik mühitin formalaşmasına dair birgə tədbirlər planı hazırlayaq. Buraya Seçki Məcəlləsinə dəyişiklik kimi təkliflər daxil edilib. Biz əvvəldən də bəyan etmişdik ki, müxalifət bir araya gələ və Azərbaycanda ictimai-siyasi vəziyyəti müzakirə edə bilər. Bu, həm Azərbaycan xalqına, həm də beynəlxalq təşkilatlara bir mesaj ola bilər”.

Y. Bağırzadə onu da qeyd edib ki, bəzi partiyaların qurumda iştirakdan imtina etməsi Məşvərət Məclisinin fəaliyyətinə təsir göstərməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR