Bank Of Baku

Müsavat başqanının müavini: “Rəsul Quliyevin əqidədən danışması yaxşı hal deyil”

Müsavat başqanının müavini: “Rəsul Quliyevin əqidədən danışması yaxşı hal deyil”
# 29 avqust 2012 10:11 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Rəsul Quliyevin əqidədən danışması yaxşı hal deyil, buna heç ehtiyac da yoxdur. Əgər İsa Qəmbər desəydi ki, namizədliyimi irəli sürməyəcəyəm, qeyri-səmimi danışmış olardı. Cəmiyyət, o cümlədən Rəsul Quliyev də bilir ki, prezident seçkilərində müxalifətin ən potensial namizədlərindən biri İsa Qəmbərdir. Sözsüz ki, İctimai Palatada vahid namizəd məsələsindən söhbət gedərkən İsa Qəmbərlə Əli Kərimli arasında seçimdən söhbət gedir”. Bu sözləri Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu ACP lideri Rəsul Quliyevin İsa Qəmbər haqqında dediyi “Demokratiyadan dəm vuran bir şəxsin partiyanın konfransını keçirmədən namizədliyini irəli sürməsi onun əqidəsinin göstəricisidir” fikirlərinə münasibət bildirərkən söyləyib. T. Yaqublu APA-ya açıqlamasında bildirib ki, İsa Qəmbərin prezidentliyə namizəd olmaq niyyətini ifadə etməsi üçün partiyanın qərarı lazım deyil: “Müsavat Partiyasının namizədi İsa Qəmbər olacaq, başqa variant mümkün deyil. Əgər İsa bəy belə niyyətini açıqlayıbsa, burada nə qəbahət var?! Hamı bilir ki, 2013-cü il seçkilərində İsa Qəmbər də yarışmaq iddiasındadır, Əli Kərimli də. İsa Qəmbər deməyib ki, vahid namizəd olacağam. Əgər İsa Qəmbər namizəd olmaq niyyətindən bəhs edibsə, bu, “əqidə kodeksi”nin hansı maddəsinə, nəyə ziddir?! Əqidə tamam başqa şeydir, başqa kontekstdə yanaşılmalı olan məsələdir. Bu mövzuda hörmətli Rəsul bəyə xeyli suallar ünvanlamaq olar. Heç bunun da yeri deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR