Arif Hacılı: “İsa Qəmbərin vahid namizəd olmaq şansı digər şəxslərdən müqayisə olunmaz dərəcədə yüksəkdir”
O bildirib əvvəlki seçkilərdə də müxalifət özünün vahid namizədini müəyyənləşdirə bilməyib: “Xatırlayırsınızsa, demokratik düşərgənin iştirak etdiyi sonuncu - 2003-cü il prezident seçkilərində bütün iddialı namizədlər bu və ya şəkildə seçki kampaniyasında bilavasitə, yaxud başqa namizədi müdafiə etməklə iştirak edirdilər. Bununla belə, əsas namizədin kim olduğu həm siyasi qüvvələrə, həm cəmiyyətə məlum idi. Proses elektoratı müxalifətin əsas namizədi kimi İsa Qəmbəri qəbul etdi və ona səs verdi. Biz düşünürük ki, bu dəfə də İsa Qəmbərin vahid namizəd olması alınmasa - hansı ki, biz bunun üçün ciddi səylər göstərmək niyyətindəyik və bunun baş tutmasına ümid edirik – yenə də müxalifətin əsas namizədi o olacaq”. Vahid namizədin İP-də səsvermə, yaxud digər üsulla müəyyənləşdirilməsinə gəlincə, A. Hacılı detallı şəkildə danışmaq istəmədiyini bildirib: “Ümumilikdə hesab edirəm ki, İsa Qəmbərin bu gün müxalifətin vahid namizədi olması şansı digər şəxslərdən müqayisə olunmaz dərəcədə yüksəkdir”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə APA-ya açıqlamasında həm “İP vahid namizədini necə müəyyənləşdirməlidir” sualını cavablandırıb, həm də A. Hacılının dediklərinə münasibət bildirib. O, əvvəlcə İP-in vahid namizədinin müəyyənləşdirilməsi ilə bağlı Palatanın qərarı olduğunu xatırladıb: “Bu qərar əsasında vahid namizədin müəyyənləşdirilməsi istiqamətində müzakirələr dayandırılıb. Vahid namizədin necə müəyyənləşdirilməsinin müzakirəyə çıxarılması faktiki olaraq vahid namizəd məsələsinin gündəmə gətirilməsi deməkdir. Bu, vaxtı çatmamış məsələ olduğundan, onunla bağlı detallı müzakirə aparmağa ehtiyac yoxdur”.
A. Hacılının İsa Qəmbərin vahid namizəd olmaq şanslarının digər şəxslərdən müqayisə olunmaz dərəcədə yüksək, Müsavat başqanının isə Əbülfəz Elçibəydən sonra Azərbaycan demokratik düşərgəsinin lideri olması barədə dediklərinə F. Qəhrəmanlının münasibəti belə olub: “Biz bu məsələdə öz üzərimizə düşəni edirik. Yəni, AXCP olaraq İP-in vahid namizəd məsələsi ilə bağlı qərarına əməl edirik. Bizimlə müttəfiqlik münasibətində olanların da bu mövqedən çıxış etməsini daha məqbul sayırıq. Qaldı kim müxalifət düşərgəsində hansı yerdədir, müxalifətdaxili iyerarxiyanın müəyyənləşdirilməsi məsələsinə, hesab edirəm ki, bu, ən sonuncu, ehtiyac olmayan bir məsələdir. Çünki qarşımızda başqa məqsədlər var. Cəmiyyət də bunu istəmir. Hər kəs şəxsi münasibət və simpatiyası nəticəsində bir iyerarxiya müəyyənləşdirməklə məşğul olarsa, bu, bizim ümumi məqsədlərimizin xeyrinə olmayacaq”.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər
Belarusda Rusiyadakı ukraynalıları geri qaytarmaq üçün yeni humanitar missiya keçirilib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiq edilib
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? - ƏTRAFLI
Qubada itkin düşən şəxsin axtarışları ilə bağlı Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb
Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edib