Bank Of Baku

İqbal Ağazadə: “Demokratik Qüvvələrin Məşvərət Məclisini yaradanlar özləri də onun perspektivini görmürlər”

İqbal Ağazadə: “Demokratik Qüvvələrin Məşvərət Məclisini yaradanlar özləri də onun perspektivini görmürlər”
# 30 avqust 2012 15:19 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Nə Ümid Partiyası, nə də Azərbaycan Demokrat Partiyası Demokratik Qüvvələrin Məşvərət Məclisində təmsil olunur. Səbəb də odur ki, ADP və Ümid Partiyasının təsis etdiyi “Qarabağ” bloku müxalifətin vahid komanda, vahid mübarizə, vahid proqram prinsipinin əsas xətt kimi qəbul olunmasını istəyir. Bu, yoxdursa, ortada yalnız sözlər varsa, biz orada yoxuq. Yığış-ayrıl, yığış-ayrıl, biz belə şeylərdə yoxuq. Görünür, yeni qurumu yaradanlar özləri də onun perspektivini görmürlər, belə perspektiv yoxdur da...” Bunu APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

O, Ümid Partiyasının və “Qarabağ” blokunun yalnız vahid platforma, vahid namizədi olan birlikdə təmsil olunmasının tərəfdarıdır: “Olmayacağı təqdirdə, yolumuzu “Qarabağ” bloku ilə davam etdirəcəyik”.

Ümid Partiyasının sədri Demokratik Qüvvələrin Məşvərət Məclisinə uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR